İngiltərənin paytaxtı Londonda “Müsəlman öldürmək istəyirəm” deyə qışqıran bir nəfər tramvay stansiyasında başqa bir nəfəri bıçaqlayıb.
Axar.az xəbər verir ki, şəhərin cənubundakı “Forest Hil” stansiyasında baş verən hadisədə silahlı şəxs bir sərnişini üzündən və sinəsindən bıçaqlayıb.
Təcavüzkar “Müsəlman öldürmək istəyirəm”, “Suriyaya geri qayıt” və “Müsəlmanların hamısını öldür”, – deyə çığırırmış.
İngiltərə polisi hadisənin terrorizmlə bağlı olmadığını bəyan edib.