Türkiyəli müğənni Murad Boz villasında üzvləri ilə söhbət edərkən səsini yazan və bunu xəbərə çevirənlərin cəzalandırılması üçün məhkəməyə müraciət etmişdi.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, şikayətində yaşayış məkanına icazəsiz girildiyini və şəxsi həyatının ifşa edildiyini bildirib.
Lakin, keçirilən məhkəmə prosesində bunun cinayət əməli olmadığına qərar verilib.
Qərarda qeyd edilib ki, məşhur şəxslər müəyyən miqdarda haqlarında çıxan dedi-qodulara, xəbərlərə dözmək məcburiyyətindədir.