Muğam Müsabiqəsində QALMAQAL — Qalibləri vəzifəli şəxslər təyin edib?

0
663
V Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən muğam müsabiqəsi qalmaqalla yekunlaşıb.

“Ölkə.Az”ın əldə etdiyi məlumata görə, V Muğam Müsabiqəsinin qalibi, Qran pri mükafatı ilə təltif olunmuş gənc xanəndə mükafatçılar sırasına düşə bilməyib. Bildirilir ki, P.Qasımov və E.Muradov bəzi vəzifəli şəxslər tərəfindən (adlarını açıqlamırıq-red.) münsiflər heyətinin rəhbəri S.Kərimiyə tapşırılıb. Əvvəlki müsabiqənin qalibləri Nisbət Sədrayeva və Səma Sultanova isə növbəti mərhələyə buraxılmayıb:

“Pərviz Qasımov oxuyanda zal gülürdü. Elsevər isə bir neçə dəfə zil pərdələrdə büdrədi. Hamı deyirdi ki, bu nə oxumaqdır?”

Daxil olan məlumatlarla bağlı əməkdaşımız S.Kərimi ilə əlaqə saxlamağa çalışsa da, rektor zənglərimizə cavab verməyib.
Qeyd edək ki, Milli Konservatoriyanın rektoru Siyavuş Kəriminin sədri olduğu münsiflər heyətində Türkiyədən ud ifaçısı Mehmet Bitmez, İrandan professor Fərhad Fəxrəddini, Polşadan Pyotr Puzyıla, Tacikistandan xalq artisti Abdulvəli  Abdulrəşidov təmsil olunurlar.

Müsabiqədə birinci yeri Elsevər Muradov, ikinci yeri Pərviz Qasımov, üçüncü yeri isə Qazaxıstandan olan ansambl tutub.

Sabah filarmoniyada V Beynəlxalq Muğam Festivalının bağlanış mərasimi keçiriləcək.

BIR CAVAB BURAXIN