“Müğənninin ailəsini efirdə nümayiş etdirməsinə yaxşı baxmıram”-video

0
671

“Öz ailələrini, həyat yoldaşlarını efirə çıxarırlar, sonra da jurnalistləri qınayırlar ki, niyə belə yazırsız? Həyat yoldaşını, uşağını, qohumunu efirə çıxartma, göstərmə, danışdırma, sonra sənə söz də gəlməsin. Mən müğənniyəm, yoxsa mənim ailəm müğənnidir?”.

Bu sözləri müğənni Aslan Hüseynov “Şou məkan” verilişində deyib.

Sənətçi övladlarını efirə çıxartmağa qarşı olduğunu deyib:

“Övladlarımın ikisi də İngilis dilli məktəbə gedirlər. Qızım iştirak etdiyi müsabiqədə birinci yerə çıxdı. İkinci yerə isə oğlum. Mənim 10 yaşlı qızım respublika üzrə rəssamlıq müsabiqəsində birinci yerin sahibi oldu. Onun çəkdiyi rəsmləri göstərsəm, inanmazsız ki, bunu 10 yaşlı uşaq çəkib.

İmkanım da çata bilər ki, övladlarımı tapşırım. Heç vaxt belə şey etmərəm. Qoy, uşaqlıqdan öyrənsin ki, əziyyət çəkməlidir və hamı eynidir. Atam yol polisinin rəis müavini olub. Heç vaxt onun adından istifadə etməmişəm. Əvvvəllər yola çıxanda deyirdilər ki, Tofiqin oğludur, indi deyirlər ki, Aslanın atasıdır.

Azərbaycanda belə şeylər var ki, müğənnidir, övladının səsi olmasa da, məcbur oxutdurur. Qoy, uşaq öz yolunu tapsın. Nə məcburdur?”.

Aslan xarici görünüşündə dəyişiklik edən həmkarlarını qınayıb:

“Dostum zəng vurub deyir ki, Aslan, yenilik et də: qaşlarını al, saçlarını rənglə. Deyirəm, sən mənim dostumsan, düşmənimsən? O nə təklifdir mənə edirsən?! Mən illərdir səhnədəyəm, heç saç düzümümü də dəyişməmişəm. Qaşımı alsam, saçım sarı olsa, guya mənim mahnılarıma daha çox qulaq asacaqlar? Əskinə mənə nifrət edəcəklər”.Axşam.az

BIR CAVAB BURAXIN