Müflis olan milyonçuya təkcə o sadiq qaldı…

0
643


 

Avstraliyada bir zamanlar milyonlar sahibi olan, zəngin həyat sürən David Qlaşen böyük məbləğdə pul itkisindən sonra bir adada yaşamağa başlayıb.

Axar.az “Hürriyyət”ə istinadən xəbər verir ki, bir zamanlar Avstraliyanın ən zəngin adamlarından olan David Qlaşen 1987-ci ildə birjada yaşanan böhranda təxminən 15 milyon manat itirib. 1997-ci ildə Avstraliyanın şərq sahilində yerləşən tropik Ristoreşn adasına köçüb.

Bir dostunun məsləhəti ilə otel inşa etmək üçün adaya gələn Qlaşen burada sevgilisi ilə birlikdə yaşamağa başlayıb.

İsti su, hamam və rahatlığı təmin edən digər infrastruskturun olmadığına görə sevgilisi onu tərk edib. Daha sonra bəxti gətirməyən Davidin otel planı da puç olub.

Bundan sonra o, adada təkbaşına qalmağa qərar verib. İndi onun yanında daim yol yoldaşı olan iti Quasi var.

 

BIR CAVAB BURAXIN