Rusiya Meteorologiya bürosunun aparıcı əməkdaşı Tatyana Pozdnyakova bildirib ki, yaxın günlərdə Moskvada hava kəskin dəyişəcək, yağış və sulu qar yağacaq.
Mediainfo.az-ın verdiyi məlumata görə, Pozdnyakova RT-yə açıqlamasında deyib ki, həftə ərzində Moskvada havanın tədricən soyuyacağı, yağış və sulu qar yağacağı gözlənilir: “Oktyabrın 25-də yağış sulu qara keçəcək, havanın temperaturu 0 dərəcəyə enəcək”.
Xatırladaq ki, ötən həftə Moskvada oktyabr ayı üçün son 180 ildə rekord isti qeydə alınmışdı.