Yanvar ayının 26-dan başlayaraq Moskvaya intensiv şəkildə qar yağacağı gözlənilir. Arazinfo.com-un russian.rt-yə istinadən verdiyi xəbərə görə, bu barədə Moskvadakı “Fobos” hava mərkəzinin yaydığı məlumatda deyilir: “Həftənin 6-cü günündən başlayaraq Moskvaya intensiv qar yağmağa başlayacaq. 2 gün ara vermədən yağacağı gözlənilən qarın hündürlüyü 55-65 sm-ə çatacaq. Bu müddət ərzində Moskvaya aylıq yağıntı normasının yarısı qədər qar yağacaq. Qar güclü külək və tufanla müşayət ediləcək”.
Hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar Moskvada yanvarın 26-28-i “sarı” təhlükə səviyyəsi elan edilib. Şəxsi maşın sahiblərinə mümkün qədər avtomobildən istifadə etməmək, əhaliyə ehtiyac olmadığı halda küçələrə çıxmamaq tövsiyə edilib.
«