Moskvadakı diplomatik mənbə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün planlaşdırıldığını təsdiqləyib

0
597

“Moskvada Azərbaycan və Ermənistan prezidentlərinin mayın 16-da Vyanada görüşə biləcəyini təsdiqləyirlər”.

 

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə diplomatik mənbə bildirib.

 

“Bəli, biz belə bir görüşün mümkünlüyünü təsdiqləyirik. Görüş iki ölkə prezidenti və Rusiya, ABŞ, Fransa xarici işlər nazirlərinin iştirakı ilə planlaşdırılır”, – deyə mənbə söyləyib.

 

BIR CAVAB BURAXIN