Bu gün-dekabrın 20-də Moskvada Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin toplantısı olmalıdır, nazirlər Suriya məsələsini müzakirə edəsidirlər.
Dünənki qətldən—Ankaradakı rus səfirinin ölümündən sonra görüşün təxirə salınacağı güman olunurdu. Ancaq Rusiyanın xarici işlər naziri Sergei Lavrov həmkarlarıyla Moskvada görüşəcəklərini bəyan edib: «Biz əminik ki, bu qəddar cinayəti təşkil edənlərin məqsədi Rusiyayla Türkiyənin münasibətlərinin normallaşmasına mane olmaqdır».
Rusiya prezidenti Vladimir Putin də qətlin təxribat xarakteri daşıdığını, Rusiyayla Türkiyə münasibətlərinə, Suriyada sülhə nail olmaq cəhdlərinə qarşı yönəldiyini deyib.
Rusiyanın Ankaradakı səfiri Andrei Karlov dekabrın 20-də sərgidə olanda güllələnib. Türkiyə rəsmilərinin yaydığı məlumata görə, səfiri öldürən Ankara çevik polis alayının əməkdaşı, 22 yaşlı Mevlüt Mert Altıntaş-dır. M.Altıntaş hadisə yerindəcə güllələnib, onunla əlaqəsi olan 4 nəfəri tutublar.
BMT Təhlükəsizlik Şurası səfirin qətlini «terror hücumu» adlandıraraq pisləyib.
Bəzi türk rəsmiləri qətldə ABŞ-a sığınmış ruhani Fəthullah Gülenin əli olduğunu deyirlər.
Türkiyə və Rusiya qətli birgə araşdıracaqlarını bəyan ediblər.