Rusiya hüquq-mühafizə orqanları Moskvada liftdə qadını öldürməkdə şübhəli bilinən şəxsı həbs ediblər.
Arazinfo.com-un İnterfaks agentliyinə istinadən verdiyi məlumata görə saxlanılan şəxs vaxtı ilə Azərbaycan Daxili İşlər Nazirliyində işləyib. Məlumatda deyilir ki, liftdə qadını öldürən 1991-ci il təvəllüdlü şəxs vaxtı ilə Azərbaycanda hüquq-mühafizə orqanlarında çalışıb. Onun əvvəllər Moskvanın Çertanovo rayonunda soyğunçuluqla da məşğul olduğu məlum olub.