Gələn həftə Moskvada ilin bu vaxtı üçün xarakterik olmayan dəhşətli soyuqlar proqnozlaşdırılıb.
Arazinfo.com-un Rambler.ru-ya istinadən verdiyi məlumata görə, gələn həftənin əvvəllərindən başlayaraq paytaxtda 20-25, bəzi günlərdə 30 dərəcə şaxta olacaq.
Rusiya Hava Məlumatı Bürosunun verdiyi məlumata görə, güclü antisiklon Moskva və Moskvaətrafı ərazilərdə havaların 25-30 dərəcəyə qədər soyumasına səbəb olacaq. Bununla əlaqədar əhaliyə xəbərdarlıq edilib və zərurət yaranmayacağı təqdirdə küçəyə çıxmamaq tövsiyə edilib.