Moskva meri Putinin keçmiş arvadının fondunu “saxlayır”?

0
708
epa01315619 (FILE) A file picture dated 02 December 2007 of Russian President Putin and his wife Ljudmila Putina on their way to the vote during the Russian parliamentary election in Moscow, Russia. Reports by Russian boulevard paper 'Moskowski Korrespondent' dated 11th April 2008 saying that Mr Putin (55) already divorced from his wife the same February and that he planned to marry 24 year-old artistic gymnastics Olympic gold medalist Alina Kabajewa have arroused confusion in Russia. The Kremlin's news service did not want to comment on the report. EPA/SERGEI CHIRIKOV

Vladimir Putin arvadı Lyudmila ilə, 2007.

Vladimir Putin arvadı Lyudmila ilə, 2007.

Rusiyanın “Dojd” telekanalı xəbər verir ki, prezident Putinin keçmiş arvadı Lüdmila ilə əlaqəli ictimai fond Moskva meriyasından 250 milyon rublluq (təxminən 4,3 milyon dollar) qrant alıb.

Bu barədə sərəncamı mer Sergey Sobyanin imzalayıb.

“Dojd”un məlumatına görə, bu pul fonda “2012-2018-ci illərdə Moskva sakinlərinin sosial müdafiəsi” proqramı çərçivəsində ödənib.

Fondun rəhbəri Artur Oçeretnıdır. Rus mətbuatı yazır ki, o, Lüdmilanın təzə əridir.

Fond haqqında məlumat çox deyil. Məlumdur ki, fondun Moskvada qərargahı var. Saytında isə fondda baş tutan müxtəlif tədbirlər, oxunan mühazirələrin biletləri satılır.

Mühazirələr insanın qorxu hissini necə üstələyə bilməsi haqdadır.

Amma müstəqil jurnalistlər fondda doğrudan da hansısa ciddi ictimai fəaliyyətin olmasına şübhə edirlər.

Putinin keçmiş arvadının adına “İnteryer-servis” adlı şirkət qeydiyyatdan keçib. Onun isə “Meridian” adlanan törəmə şirkəti var. Bu şirkət Moskvada daşınmaz əmlak kirayə verməklə məşğuıdur.

Moskva dünyanın ən bahalı şəhərlərindəndir və kirayə haqqı çox bahadır.

Putin bir neçə il əvvəl arvadı Lüdmila ilə “dostcasına” ayrıldığını bəyan edib. Onların iki qızı var.

 

BIR CAVAB BURAXIN