Moskvadakı Çeremuşkinski bazarında bu gün soyuq və travmatik silahın tətbiqi ilə müşayiət olunan kütləvi qarışıqlıq olub.
Bu barədə “Vzqlyad” qəzeti Rusiya paytaxtının hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
“Şəxsi mühafizə müəssisəsinin əməkdaşları əsasən Azərbaycandan gəlmiş onlarla ticarətçini ərazidən çıxarmağa cəhd ediblər. Amma fəal kütləvi etirazla qarşılaşıblar”, – deyə mənbə nəşrə bildirib.
İlkin məlumatlara görə, iki nəfər xəsarət alıb. Onların xəstəxanaya yerləşdirildikləri bildirilir.
Virtualaz.org