Moldovada prezident seçkiləri: Rusiyameylli İqor Dodon liderlik edir

0
599

Moldovada prezident seçkiləri: Rusiyameylli İqor Dodon liderlik edir

11

Moldovada keçirilən prezident seçkilərində səslərin 32 faizinin hesablanmasından sonra Sosialistlər Partiyasının rəhbəri İqor Dodon 55,01 faiz səslə liderdir.

“Report” xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyasının rəsmi saytına yerləşdirilən məlumatda bildirilir.

İqor Dodon səslərin 55,01 faizini (119 min 616 səs), Mayya Sandu isə 30,69 faizini (66 min 726) toplayıb.

Virtualaz.org xatırladır ki, İqor Dodon Rusiya ilə strateji əməkdaşlığın bərpa edilməsinin, Moldova məhsullarının Rusiya bazarına qayıtmasının və bu ölkə ilə enerji sahəsində əməkdaşlığın normallaşdırılmasının tərəfdarıdır. Mayya Sandu isə Rumıniya və Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyi, ABŞ-la strateji əməkdaşlığın yaradılmasını zəruri sayır.

BIR CAVAB BURAXIN