Moldova XİN prezidentə tabe olmur

0
617
 

Moldova prezidenti İqor Dodon avropayönlü partiyaların koalisiyasından ibarət hökumət tərəfindən Rusiyanın Kişinyovdakı səfirliyinin 5 əməkdaşının “persona non qrata” elan edilməsini pisləyib.

Arazinfo.com-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, İ.Dodon bildirib ki, hökumətin qərarı Rusiya ilə münasibətlərin bərpasına qarşı yönəlib.

“Düşünürəm ki, bu mənim Kreml ilə konstruktiv dialoqumdan narahat olan qərbin, ilk növbədə ABŞ-ın sifarişidir. Əminəm, onlar bununla ölkəmizi və xalqımızı necə mürəkkəb və riskli vəziyyətə gətirdiklərini anlamırlar. Bu kobud şəkildə atılan addım mənfi nəticələrsiz qalmayacaq”, – deyə İ.Dodon bildirib.

Qeyd edək ki, bu gün beş rusiyalı diplomatdan Moldovanı tərk etmək tələb olunub.

BIR CAVAB BURAXIN