Suriyanın İdlib şəhərində yerləşən beşmərtəbəli binanın Rusiya qırıcıları tərəfindən hədəf alınması nəticəsində 7 nəfər həlak olub, xeyli insan isə yaralanıb.
Axar.az xəbər verir ki, dağıntılar altında axtarışlara başlayan xilasedicilər sözün əsl mənasında möcüzə ilə qarşılaşıblar.
Məlumata görə, uçmuş binanın altından 1 aylıq körpə sağ çıxarılıb.
Onu xilas edən Əbu Kilfə adlı şəxs isə sevincindən göz yaşlarını saxlaya bilmədiyini deyib:
“Onu binanın 4-cü mərtəbəsində tapdıq. Yaşayırdı. Allahın izni ilə onu sağ çıxarmağı bacardıq. Qız bir aylıqdır”.