Mitinq təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb

0
646

Milli Şuranın sentyabrın 17-nə təyin etdiyi mitinqin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.

Bu barədə “Report”a Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev məlumat verib.

O deyib ki, sabah saat 16:30-da Bakı Şəhər Baş Polis İdarəsində olacaqlar. E.Quliyev dəvətin mitinqlə əlaqədar olduğunu bildirib.

Qeyd edək ki, Milli Şura sentyabrın 17-də, saat 15:00-dan 17:00-dək Yasamal rayonundakı İdman Sağlamlıq Komplekisinin stadionunda (keçmiş “Məhsul) mitinq keçirmək niyyətindədir. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) mitinqin keçirilməsinə razılıq verib.

BIR CAVAB BURAXIN