Mircəfər Bağırov Stalinin Azərbaycan haqda hansı sualı üzərində 3 gün düşünməli oldu?..

0
1443

Bərdənin bu 3 kəndi xarici kəşfiyyat və həkimlər üçün qapalı elan edilib…

“…Əksər dünya kəşfiyyatlarının maraqlandığı “Üç guşə” adlanan ərazi Bərdə rayonunun 3 kəndini əhatə edirdi:

  1. Güloğlular(Rus tədqiqatçısı E.M.Popovun araşdırmalarına görə. Araşdırma 1919-cu ildə aparılıb).
  2. Çələbilər(Fars tədqiqatçısı Ə.A.Hüseyninin araşdırması).
  3. Otuzikilər(Türk tədqiqatçısı Aydın Meracın tədqiqatları).

Əldə etdiyimiz faktları bir az da dəqiqləşdirdik. Məlumata görə, rus kəşfiyyat sənədlərində bu üç ərazi Kremlin ciddi nəzarətində olub və 1961-ci il, iyulun 9-dan bu üç ərazi (məxfi sənədlərdə də “Üç guşə” adlanıb.) Siyasi Büronun sənədlərində xarici həkimlər və yaxud digər peşə sahibləri üçün qapalı elan edilib. Əlavə olaraq əldə olunan məlumatlara görə, Moskva regionda əsl azərbaycanlının doğulmasından və bu təmiz, saf artımdan qorxurdu…

Stalin telefonda Bağırova  “Üç guşə” haqda sual edir…

 

Məlumata görə, 1952-ci il, dekabrın 31-də, Yeni il gecəsində İ.Stalinə telefon açan M.C.Bağırov bayram təbrikindən sonra gözlənilmədən verilən suala görə xeyli fikirləşməli olur. Qısa söhbətdən sonra İ.Stalin soruşur:

– …Cəfər, necə bilirsən, indiki şəraitdə (?) Qafqaza əsl azərbaycanlı lazımdırmı?.. “Üç guşə” sizə lazımdırmı?..

M.C.Bağırov üçün bu sualların cavabı çox çətin idi. Onun təhlükəsüzliyini təmin edən polkovnik V.Seyfullayev xatırlayır ki, bu suala cavab tapmaq üçün M.C.Bağırov üç gün götür-qoy etdi. Və sonda telefona əl yetirib  Kremlə – Stalinə zəng etdi. O, çox qısa və konkret bir cavab verdi:

-Bəli, yoldaş Stalin. Azərbaycana əsl azərbaycanlı lazımdır…

Beriya Tərtər sahillərinə 5 nəfərdən ibarət xüsusi təyinatlı qrup göndərir…

Bu, o vaxt idi ki, kəşfiyyat xidmətinin başçısı L.Beriyanın beş nəfərdən ibarət xüsusi təyinatlı nümayəndə qrupu “Üç guşə”yə təşrif gətirir. Biz bütün bunlar haqqında əlavə danışacağıq.
Mən çox təəssüf edirəm ki, Tərtər çayının sahilləri ərazisindəki bu üç məskən; Güloğlular, Çələbilər, Otuzikilər… hələlik öz tarixi dəyərini ala bilməyib. Tam dəqiqliyilə araşdırılıb öyrənilməyib….

Mən yenə qayıdıram ingilis həkim Albertin dediklərinə.  O, xatırladırdı:”…”Üç guşə” kimi möcüzələr yaradan yerlər Azərbaycanda yüzdən biridir… Bu yerlər Kerd ailəsinin qan qrupunu dəyişdi…”

Bərdədəki bu sirli ərazi haqda məlumat “Mİ-6” xüsusi xidmət idarəsinə təqdim edilir…

Araşdırma materiallarına görə, ingilis həkimi, “Herber Skott” Qafqaz ekspedisiyasının toksikoloqu Ronald Albert Londona qayıtdıqdan sonra “Üç guşə” haqqında geniş kəşfiyyat arayışını “Mİ-6” xüsusi xidmət idarəsinə təqdim edir. 1952-ci ildən 1955-ci ilədək Sovet İttifaqının Böyük Britaniyadakı rezidentlərindən olan polkovnik Aftandil Mironoviç Baskakov Moskvaya ünvanladığı açıqlamasında iddia edir ki, ingilislər Azərbaycandakı “Üç guşə” və digər ərazilərlə (?) ciddi maraqlanır, bu istiqamətdə əlavə informasiya və məlumatlar toplayırlar…
Mən bu yerlərlə əldə etdiyim fikir və düşüncələrə yenidən qayıdacam…

Astaradakı bu ağacın budaqlarıyla insan ürəyinin qocalmasının, gücdən düşməsinin qarşısını almaq mümkündür…

Araşdırma materiallarına görə, filosof S.Abidinin «Üç budaq» ağacı haqqında ilk məlumatı mənim üçün də maraqlı idi. Bu ağac haqqında məlumatlara Böyük Britaniyanın Baş naziri olmuş A. Velinqtonun (1828-830) məktublarında da rast gəlmək mümkündür. Nazir 1829-cu ilin iyulun 14-də dostu, kəşfiyyat generalı C.Emellə görüşlərində də məsləhət bilirdi ki, Azərbaycanın Astara yaşayış məntəqəsində, Şindan Qalası ərazisində boyu 40 sm olan, çəhrayı rəngli, qalın  yarpaqları olan … «Üç budaq» ağacını hökmən əldə etsin. Çünki bu ağacın budaqları ilə insan ürəyinin qocalmasının, gücdən düşməsinin qarşısını almaq mümkündür.

Digər tərəfdən, nazir A. Vellinqton general C.Emmelə xatırladır ki, bu möcüzəli ağacın yarpaqlarının suyu və yaxud şirəsi dünyada geniş yayılmış bilavasitə genetik kodları iflic edən, xromosomları zədələyən… bədxassəli limfanı sağaldan… gücə malikdir. Nazir məktublarının birində qeyd edir: «… Ceyms, mən səndən ancaq o möcüzələr yaradan ağacı istəyirəm. O ağac bizim gələcək nəsillərimizin sağlam və gözəl, davamlı immunitetlərlə doğulması deməkdir. Sən o möcüzələri … işğal et, Ceyms…  (Diplomat A.Vellinqstonun «Məktubları»)

Məlumata görə, «bədxassəli limfa» – təbabətdə «Berkitta xəstəliyi»)  adlanır. Yeni doğulan uşaqlarda geniş yayılıb. Daha çox çənə sümüyündə inkişaf edir, metastaz verir. Metastazı limfa yolu ilə baş verir. Sonra qana keçir, hematogen yolla yayılır. Kəlləyə, sümüklərə, beyinə, qaraciyərə, böyrəyə, cinsiyyət vəzilərinə yoluxur, virus mənşəli olur, uşağı və hamilə qadını öldürür…

“Üç budaq” ağacından  kustar yolla dərman hazırlamış gənc Astara sakini yoxa çıxır...

Araşdırma materiallarına görə, ingilis generalına ünvanlanmış bu məktub Sovet İttifaqı Səhiyyə Nazirliyinin 9 saylı dərman preparatları hazırlayan məxfi qrupda 1952-ci il dekabrın 2-də geniş müzakirə olunur və «Üç budaq» ağacı «məxfi preparat» adı ilə kəşfiyyat sənədlərində qeydə alınır…

1952-ci ilin dekabrın 14-də həmişəyaşıl, qalın yarpaqları olan, gecələr ay işığında bənövşəyi közərti verən «Üç budaq» ağacından 22-cisi Şindan Qalasından tapılaraq, Moskvaya göndərilir. Digər araşdırma materiallarında isə «Üç budaq» ağacını Şindan Qalasından tapan və onün yarpaqlarından, kötüyündən və budaqlarından genetik kodlar üçün, onun davamlılığı üçün kustar yolla preparatlar hazırlayan əslən Astaradan olan, 1952-ci ilin dekabrın 28-də Bakıdakı Tibb Texnikumundan qovulan (?) Mikayıl Məhəmməd Hüseyn oğlu Ağasəlimzadə isə 1953-cü ilin yanvarın 9-da həbs olunur və müəmmalı şəkildə yoxa çıxır.

Başqa bir araşdırma materiallarında isə M.Ağasəlimzadə istintaqa, müstəntiq M.P.Mironova verdiyi ifadədə yazır: «… Mən millətimə məsləhət görərdim ki, gələn bəlalardan, xəstəlik və epidemiyalardan xilas olmaq üçün «Möcüzəli Ağacın» («Üç budaq»ın suyundan), şirəsindən içsinlər… Mən bunu kəndimin uşaqları üçün edirdim…»

“Niyə 1938-1940-cı illərdə SSRİ-dəki epidemiyalardan ölənlərin sırasında Azərbaycanın adı çəkilmir?..”

İttifaqın Səhiyyə nazirliyinin 2-ci şöbəsinin məxfi qrupunun üzvləri isə Hərbi Kəşfiyyat İdarəsinin əməkdaşları ilə birgə Astaranın Şuv, Sərək, Siyagül, Səncərədi… yaşayış məntəqələrində apardıqları kiçik yoxlamalarda əldə etdikləri nəticələrə görə həmin ərazilərdə insanlar arasında son əlli ildə bədxassəli şiş qeydə alınmayıb.

Araşdırma materiallarına görə, 1953-cü ilin yanvarın 17-də Azərbaycanın mutasiyalardan sonra yaşayış məntəqələrində gedən dəyişikliklərlə bağlı 63 nəfər kəşfiyyat zabitinin (onlar haqqında az da olsa məlumat vermişdik) məlumatları dinlənildi, məxfi arayışları oxundu. Məlumata görə, genetika ilə məşğul olan kəşfiyyat zabitləri Azərbaycanın müxtəlif orta və ali məktəblərinin, texnikumların həyətlərində keçirilən ilk zəng saatlarında min altı yüz (1600) müxtəlif ölçülü foto-şəkil çəkilmişdi(Uşaqların, ata və anaların, baba və nənələrin kəşfiyyat obyektivi ilə çəkilmiş şəkilləri regionda baş verən genetik dəyişmələri, mutasiyalardan sonra görünən əlamətləri dəyərincə izah edirdi). İttifaq üzrə şəkillər əsasında bölgülər aparanı, baş verən genetik dəyişiklikləri təhlil etməkdə ad qazanmış hərbi kəşfiyyat polkovniki T.S.Xan dinləmələrin əksəriyyətində iştirak edirdi. Arxiv materiallarına istinad etsək, təqribən 25 il öncə o, yazdığı «Virus» məqaləsində alim dostlarına belə bir sual vermişdi:

– Səbəb nədir ki, 1938-1940-cı illərdə SSRİ-də baş verən epidemiyalarda ölənlərin, qırılıb məhv olanların sırasında Azərbaycan Respublikasının adı çəkilmir?»

Alim qeyd edirdi: «… Tədqiqatlarım məni çaşdırmışdı. Necə ola bilərdi ki, tif xəstəliyindən 1939-cu ildə Ermənistanda 210 min, Gürcüstanda 270 min nəfər (bütün bu rəqəmlər təqribidir. Çünki ölənləri saymaq mümkün olmurdu) adam bu epidemiyadan məhv olmuşdu. Azərbaycanda isə bu epidemiyadan cəmi 6 nəfər ölmüşdü. Səbəb… Səbəb… Səbəb… fikirlərimə aydınlıq üçün qayıdıram bir az irəliyə.

 Londonda kral II Eduardın  yanında  Azərbaycan haqda müzakirələr gedib…

Rusiya knyazı Məlumata görə, XIV əsrin birinci yarısında İvan Kalitanın (1325-1340) şəxsən özünün başçılıq etdiyi «Təbabət Şurası»nın həkimlərindən biri, ancaq insan ömrünün sirləri istiqamətində tədqiqatlar aparan həkim Vasili Pokrışkin ingilis həmkarı, Riçard Suf adlı çox ciddi tədqiqatlar müəllifi olan həkimdən başıbağlı, bir neçə yerdən möhür vurulmuş məktub alır. Psixoloq R.Suf rusiyalı həmkarına yazır ki, artıq on iki gündür çox ciddi bir məsələnin müzakirsində iştirak edir. Həkim R.Suf Londonda «Şarl Ta» kiçik mətbəəsində əl ilə basılmış «Səliqəli məktublar»ında yazır: «… 1326-cı il dekabrın 25-də gecə saat 3-ə 15 dəqiqə işləmiş yazılıb. Rusiyalı həmkarım, bioloq Vasili Bodrevə (Pokrışkinə) çatacaq(Məktubun əslidir)… Dostum Vasili, neçə gündür ki, Londonda kral II Eduardın ətrafında başlanmış müzakirələrdə iştirak edirəm. Mənə yaz görüm, Azərbaycan adlı yer hardadır və oranın hökmdarlarından olan Hülakü xan kimdir? Mənə onun əslən xristian arvadı olan Doqraz (Doquz) haqqında… tarixi saxtalaşdırmadan məlumat ver. Çünki o xristian xanım Böyük Britaniya məxfi idarəsinin Azərbaycan üçün seçilmiş xanımlarından biri olub. Həmin illərdə Azərbaycana (mənə o yer haqqında məlumat ver) Böyük Britaniyadan varlı təbəqənin kişiləri ilə ailə qurmaq üçün 247 nəfər xristian qadını yola salınıb… Dostum Vasili! Mən sənə XII əsrdə dünyanın sayılıb-seçilən on bir din xadiminin imzaladığı məktubun surətini də göndərirəm…” (Mövzudan çalışıb, kənar çıxmaq istəmədim).

(Davamı var)

Təqdim etdi: Sultan Laçın