Miqrantlar İsveçdən qovula bilər

0
562

“İsveç Üçün Alternativ  Partiyası” gələn  həftə  keçiriləcək olan seçkilərdə  qalib gələcəkləri təqdirdə ən az  500 min miqrantı öz ölkəsinə göndərəcəklərini vəd edib.

Minval.İnfo xəbər verir ki, İsveçdə irqçi partiya olaraq bilinən “İÜAP”  ölkədə gələn həftə keçiriləcək olan referendum üçün Halmstad şəhərində mitinq keçirdib.

Polisin geniş təhlükəsizlik tədbirləri aldığı mitinqdə 150-yə yaxın demokrat  “İsveçdə irqçilik istəmirik” sloqanları səsləndirib. Polis  iki tərəf arasında dava çıxmasının qarşısını almaq üçün böyük səy göstərib. Bir qadın polisdən qurtularaq irqçilərin lideri Ceff Ohlun üzünə tüpürüb.

Mitinq davam edərkən irqçilər küçədə anons yayımlayıb. Anonsda  ”Türkiyə, Əfqanıstan, İraq, Suriya, Ruminya, Somali, Özbəkistan, Mərakeşə gedəcək olan təyyarələr bir həftə sonra havaya qalxır. Sərnişinlər bir daha dönməmək şərtiylə təyyarələrə  minsinlər” deyilib.

İsveç Demokratlar Partiyasında  üç millət vəkilinin İskandinaviya Dirəniş Hərəkatına (NMS) bağlı neo-Nazi qrupu ilə əlaqələrinin  ortaya çıxmasından sonra, bu millət vəkilləri partiyadan xaric olunub. Xaric olunan  millət vəkilləri də hərəkətə  keçərək keçən  il  “İÜAP”-ı qurub.

Qeyd edək ki, İsveçdə kifayət qədər azərbaycanlı miqrant yaşayır. İrqçi partiyanın qalibiyyəti reallaşarsa azərbaycanlılar da İsveçdən deportasiya oluna bilər.

BIR CAVAB BURAXIN