Ukraynanın keçmiş prezidenti Leonid Kuçma Donbassdakı münaqişənin dayandırılması üçün “Normand dördlüyü” tərəfindən imzalanan protoklun yerinə yetirilməməsinin tək səbəbi olduğunu deyib-Putin.
Kiyevdə keçirilən beynəlxalq forum zamanı çıxış edən Kuçma Minsk protokolunun əslində razılaşdırılmadığını bildirib.“Minskdə dörd dövlət başçısı görüşdü. Onlardan Merkel ən nüfuzlu siyasətçidir, sinəsini qabağa verib Ukraynanı müdafiə etdi. Olland, Putin, Poroşenko…Mən sizə sadə sual verirəm: protokolu niyə onlar yox, hətta bu müzakirələrdə iştirak etməyən adamlar imzaladılar? Niyə onlar mətbuatın qarşısına çıxıb birgə bəyanatla çıxış etmədilər? Ona görə ki, sənədin yerinə yetiriləcəyinə əmin deyildilər?”-Kuçma bildirib.
Keçmiş prezident xatırladıb ki, 1992-ci ildə onun da iştirakı ilə Qarabağa dair Minsk Qrupu yaradıldı, ancaq münaqişə həll olunmaq əvəzinə Dağlıq Qarabağdan başqa Azərbaycanın 20 faiz ərazisi də Ermənistan tərəfindən zəbt olundu.
“Bu gün danışırlar ki, gah formatı dəyişmək lazımdır, gah kimisə danışıqlara qoşmaq. Bundan nə çıxacaq axı? Gəlin Qafqaza baxaq, Moldovaya baxaq. Miqdardan heç nə asılı deyil. Hər şey ancaq bir adamdan asılıdır-Putindən. Avropalıların Rusiyanı güzəştə getməyə məcbur etmək üçün mexanizmləri varmı? Mən buna şübhə edirəm. Ticarət sanksiyaları tətbiq etdilər, Rusiyaya hansısa problemlər yaratdılar. Digər tərəfdən Rusiyanı məcbur etdilər ki, ixracını şaxələndirsin”-Kuçma bildirib.Virtualaz.org