Millimizin yeni tsikldə ilk səfər sınağı

0
586

Bu gün DÇ-2018-in seçmə mərhələsində Avropa zonası üzrə oyunlar start götürəcək. Apasport.az saytının məlumatına görə, milli komandamız da ilk oyun günündə meydana çıxacaq.

 

Robert Prosineçkinin yetirmələri tsiklə səfər matçı ilə start verəcək. Əsas yığmamızın ilk rəqibi San-Marino olacaq. Tarixində 12-ci seçmə mərhələdə çıxış edəcək millimiz yeni mövsümə ümidlə başlayır.

 

Belə ki, bu zamana qədər heç bir seçmə mərhələyə qələbə ilə başlaya bilməyən ölkənin bir nömrəli komandası dünyanın ən zəif yığmalarından birinə qarşı oyunda bu sindromu qırmaq əzmindədi.

 

Çətin qrupda mübarizə aparacaq millimiz mümkün qədər çox xal toplayaraq irəli sıralarda yer almağı hədəfləyir.

 

Almaniyanın aşkar favorit olduğu qrupda 2-ci pilləyə iddialılar çox olduğundan millimiz də bu mübarizəyə qoşulmaq əzmindədi.

 

Çexiya, Şimali İrlandiya və Norveçin də 2-ci pillə ilə pley-offa yollanmaq arzusunda olduğunu nəzərə alsaq, millimizi xəyallarını gerçəkləşdirmək üçün çətin vəzifənin öhdəsindən gəlməlidi. Bu yolda ən asan “yem” isə San-Marinodu. Buna görə də millimiz Avropa yığmalarının “qapazaltı”sı olan “cırtdan ölkə” təmsilçisini itkisiz keçməyə borcludu.

 

Zəif rəqiblə matçda böyükhesablı qələbə arzulamaq da olar. Çünki belə oyunlarda əldə edilən top fərqi tsiklin sonunda sıralama baxımından həlledici ola bilər.

 

 

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası

4 sentyabr

C qrupu

 

20:00. San-Marino – Azərbaycan

 

Baş hakim: Sebastyen Delferyer

Baş hakimin köməkçiləri: İv de Nev, Co de Veyrdt

Dördüncü hakim: Aleksandru Bukau (hamısı Belçika)

Hakim-inspektor: Emil Bojinovski (Makedoniya)

UEFA nümayəndəsi: Luka Zorzi(İsveçrə)

BIR CAVAB BURAXIN