Millət vəkili məmurlara səsləndi: “Bircə bu millətə dəyməyin, işləsinlər”

0
566
“Düz 10 ildir Rəqabət Məcəlləsini qəbul edə bilmirik. Çünki bazarda inhisarçılıq mövcuddur”.
Arazinfo.com Moderator.az-a istinadən xəbər verir ki, bunu Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Bakıda keçirilən tədbirdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda qadınlar kişilərdən daha çox hüquqa malikdir: “Hazırda qadınlar bizdən daha çox hüquqa malikdir. Mən həmişə demişəm ki, millətimiz işgüzardır. Bircə bu millətə dəyməyin, işləsinlər, vergilərini ödəsinlər. Sizi əmin edirəm ki, belə olsa, ölkədə qiymətlər indikindən 2 dəfə ucuz olar”.
Deputat deyib ki, dövlət büdcəsininin müzakirəsi üçün qeyri-hökumət təşkilatları da cəlb edilə bilər: “6-7 il öncə biz müxtəlif ictimai təşkilatları büdcə müzakirəsinə dəvət edirdik. İndi də elə olmalıdır. Budcə daha geniş kütlə ilə müzakirə edilməlidir”.

BIR CAVAB BURAXIN