Futbol üzrə İspaniya çempionatının 21-ci turunda “Barselona” öz meydanında “Alaves”i qəbul edib və 2:1 hesabı ilə qələbə qazanıb.
“Report” xəbər verir ki, matçda ilk qolu qonaqlar vurub. 23-cü dəqiqədə Yon Qvidetti hesabı açıb.
Kataloniyalılar məğlubiyyətdən 72-ci dəqiqədə xilas ola biliblər – Suares qapını dəqiq nişan alıb. Matçda qələbə topunu isə 84-cü dəqiqədə Lionel Messi cərimə zərbəsindən vurub.
“Tottenhem”dən transfer olunan yarımmüdafiəçi Filippe Koutinyo matçda debüt edib və 66-cı dəqiqədə əvəzlənib.
Beləliklə Ernesto Valverdenin yetirmələri Primeroda ardıcıl 7-ci qələbələrini qazanıblar.
Hazırda “Barselona” 57 xalla turnir cədvəlində birinci yerdə qərarlaşıb, “Alaves” (19) isə 17-cidir.
İspaniya çempionatı, 21-ci tur
“Barselona” – “Alaves” – 2:1
Qollar: 0:1 – Qvidetti – 23, 1:1 – Suares – 72, 2:1 – Messi – 84