Men Vançjou siyasi motivlərə görə saxlanılmayıb

0
764

“Huavvei”ni gələcəkdə idarə edəcək direktorunun taleyini siyasətçilər deyil,  məhkəmə həll etməlidir.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Kanada Xarici işlər naziri Xrista Friland deyib.O bildirib ki, Men Vançjou Kanada ilə ABŞ arasında ekstradisiya haqqında imzalanan müvafiq anlaşmaya əsasən saxlanılıb və bu məsələdə siyasi motivlər yoxdur: “Kanada özünün beynəlxalq öhdəliklərinə sadiqdir və hüquqi dövlətdir. Ona görədə mən Men Vançjounun saxlanılması ətrafında siyasi şounun qaldırılmasının əleyhinəyəm. Biz məsələ ilə bağlı Çinin müvafiq qurumları ilə mütəmadi olaraq məsələhətləşmələr ararırıq”.