MDB dövlət başçılarının növbəti sammiti 2019-cu il oktyabr ayının 11-də Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək.
Mediainfo.az-ın Tacikistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında MDB İcraiyyə komitəsinin sədri Sergey Lebedev deyib: “Türkmənistanın təklifi ilə MDB dövlət başçılarının növbəti sammitinin gələn ilin oktyabr ayında Aşqabadda keçirilməsi barədə qərar qəbul edilib”.
Onun sözlərinə görə, yaxın 1 il ərzində MDB-yə Türkmənistan sədrlik edəcək, qurumun həmsədrləri isə Özbəkistan və Tacikistan olacaq.