MDB-də 9 min nəfər terrorçu axtarışdadır

0
546

Postsovetməkanı ölkələrində terrorçu qrupların tərkibində iştirak edən 9 min nəfər axtarışdadır.

Bu barədə TASS-a açıqlamasında  MDB Antiterror Mərkəzinin rəhbəri Andrey Novikov deyib: ” Bu ilin sentyabr ayının 1-nə kimi terrorçu qrupların tərkibində iştirak edən 9 min MDB vətəndaşı beynəlxalq axtarışdadır. Bundan əlavə MDB məkanından 5 min nəfət muzdlu qeyri-qanuni hərbi birləşmələrin tərkibində döyüşlərdə iştirak edib”.

Novikov onlardan 83 nəfərinin həbs edildiyini, digərlərinin isə axtarışlarının davam etdiyini söyləyib. (mediainfo.az)

 

 

BIR CAVAB BURAXIN