Materatssi 10 ildən sonra günahını boynuna aldı

0
624

İtaliya yığma komandasının müdafiəçisi Marko Materatssi 2006-cı ildə keçirilən dünya çempionatında Zinəddin Zidana qarşı təhqiredici ifadə işlədib-işlətməməsi məsələsinə nəhayət ki, aydınlıq gətirib. Materatssi bununla bağlı mətbuata verdiyi açıqlamasında: “Bizə finalda Fransa yığması ilə oyunda hökmən qələbə lazım idi. Fransa yığmasının gücü isə təbii ki, Zidanda idi. Zidan həmin oyunda qapımıza da qol vurmuşdu. Onun daha yaxşı oyununa mane olmaq üçün təxribata əlatmaq məcburiyyətində qaldım. Növbəti dəfə üz-zə gələndə mən onun bacısını söydüm. Halbuki mətbuatda anasını söydüyümü deyirlər. Amma bu düz deyil. Əlbəttə bununla düz iş görmədim. Ancaq bizdə,İtaliyada belə söyüşləri adətən təbii qarşılayırlar. Sözün düzü onun bu hərəkətimə o qədər də sərt reaksiya verəcəyini gözləmiridm. Onun mənə başı ilə zərbə endirməsi gözlənilməz oldu. Əlbəttə. bu onun oyunu tərk etməsinə gətirib çıxardı. Nəticədə fransızlar 10 nəfərlə oynamalı oldular və biz 11 metrlik zərbələr seriyasında qalib gələrkə dünya çempionu titulunu qazandıq”,-deyib.

Əziz Mustafa

BIR CAVAB BURAXIN