Marsdakı tünd cizgilər su yox, qum axınıdır — Alimlərdən şok iddia

0
600

Marsdakı tünd cizgilər su yox, qum axınıdır
Elm adamları Marsın səthindəki tüng cizgilərin su yox, qum axıntısının izi olduğunu açıqlayıb.

Arizona və Durham universitetləri, Kosmik Elmlər institunun bir qrup alimi Qırmızı Planetin üzərindəki dar, tünd rəgli axıntı izlərinin NASA tərəfindən əldə edilən görüntülərini izləyib.

ABŞ Geoloji Tədqiqatlar Mərkəzinin “Nature Geoscience” jurnalında dərc edilən araşdırmanın müəllifi Kolin Dandas minlərlə cizgidən 151-inin incələndiyini, onların bir çoxunun 28 ilə 35 dərəcə arasında sona çatdığını bildirir. Bu, həm Yerdə, həm də Marsda qum xətlərinin bitiş dərəcəsi ilə eynidir.
“RSL” adlandırılan bu cizgilər su yox, qum və toz dənəcikli maddələrdən əmələ gəlib. Bəzi  “RSL”lərdə hidratlaşmış minerallar kəşf edilib. Bu isə cizgilərin yaranmasında su zərrəciklərinin də rolu ola bilər.

Alimlər qeyd ediblər ki, Qırmızı Planetdə su tapmaq mümkündür, amma bu, həyatın yaranmasına şərait yaradacaq səviyyədə olmayacaq. Olke.az

BIR CAVAB BURAXIN