NASA-nın yaydığı məlumata görə, Marsda qurumuş ağacı xatırladan obyekt tapılıb. Qeyri-adi şəkil Curiosity vasitəsilə çəkilib.
Publika.az xəbər verir ki, virtual arxeoloqlar güman edirlər ki, Marsda keçmiş həyatın izləri tapılıb. NASA-nın maraq teleskopu ilə (NASA’s Mars rover Curiosity) çəkilmiş şəkildə ağac kötüyünə oxşar şaquli istiqamətli obyekt görülüb. Arxeoloqlar Marsda belə bir obyektin ilk dəfə qeydə alındığını vurğulayıblar.
NASA bildirdi ki, göstərilən şəkillər təzə, 25 mart 2017-ci ildə “Mastern Left” adlandırılan kamerayla çəkilib. Hadisə Marsın qonşu planetə yaxınlaşmasının 1647-ci gününə təsadüf edib.
Alimlər qeyri-şərtsiz Marsda canlı ağac olduğunu iddia edirlər. Virtual arxeoloqlar obyekti kötüyə, qurumuş ağaca daha çox bənzətsələr də, üçüncü bir variantda irəli sürülüb. Hesab edilir ki, bu lavalardan yarana bilər.
Havay adalarında “Lava Tree State Park” adlanan park mövcuddur. Burada yerləşən ağacların gövdəsi Kilauea vulkanın püskürməsi zamanı quruyub kömür olub. 1790-cı ildə baş verən hadisə əksər ağacları yandırsa da, lava onların yanmış gövdələrinə dolaraq kötük konturlarını təkrarlayan sütunlar şəklində donub qalıb.
Könül Cəfərli