“Mançester Yunayted” Mourinyo ilə yollarını ayırıb

0
661

“Mançester Yunayted”  rəhbərliyi baş məşqçi Joze Mourinyonu istefaya göndərib.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə klubun rəsmi saytının yaydığı məlumatda deyilir: “Biz Joze Mourinyoya klubumuzda gördüyü işlər üçün  təşəkkür edir və ona gələcək fəaliyyətində uğurlar arzulayırıq”.

Hələlik “Mançester Yunayted”ə kimin baş məşqşi təyin ediləcəyi məlum deyil. Bu arada isə The Mirror qəzeti yazıb ki, “Mançester Yunayted” rəhbərliyi vaxtından əvvəl Mourinyonu istefaya göndərdiyi üçün ona 24 milyon funt-sterlinq ödəməli olacaq.