“Manatın məzənnəsini bazar münasibətləri müəyyənləşdirməlidir”

0
586

 

Son günlər dünya bazarında neftin qiymətinin bahalaşması qonşu Rusiyada rublun məzənnəsinin möhkəmlənməsi ilə müşahidə olunmaqdadır. Lakin Rusiyadan fərqli olaraq Azərbaycanda manat dəyərini itirməkdə davam edir. Bəs buna səbəb nədir? Məsələ ilə əlaqədar “Yeniavaz.com”sualına verdiyi cavabında iqtisadçı ekspert Nazim Bəydəmirli söylədi ki, Rusiyada neft bahalaşdıqca rublun dollara münasibətdə məzənnəsinin möhkəmlənməsini bu ölkənin daha geniş ixrac imkanlarına malik olmasında axtarmaq lazımdır: ” Rusiya xaricə daha böyük həcmdə mal ixrac edir və bu da ölkəyə dollar axınını artıraraq rublun məzənnəsinin daha da möhkəmlənməsinə yol açır. Rusiya ilə münasibətdə neft və neft məhsulları istisna olmaqla Azərbaycanın xaricə böyük həcmdə mal ixrac etmə imkanlar yoxdur. Bu da neftin bahalaşmasına baxmayraq manatın möhkəmlənməsinə təsir göstərə bilmir, əksinə milli pulumuz dəyərini itirməkdə davam edir. Belə hesab edirəm ki, manatın dollara münasibətdə məzənnəsini bazar müəyyən etməlidir. Amma Azərbaycanda hələlik manatın məzənnəsini inzibati yollarla müəyyən etməyə cəhd edirlər. Bu da manatın dollara münasibətdə hələ də tam dəyərini tapmamasına yol açıb”,-dedi.

Əziz Mustafa

BIR CAVAB BURAXIN