Manat avro qarşısında dəyərini itirməkdə davam edir

0
785

“Mərkəzi Bankın rəsmi kursuna əsasən, son 1 ayda dollara nisbətən stabil qalan manat avro qarşısında 5 faizə yaxın dəyər itirib. Ötən gündən isə ilk dəfə olaraq avronun manata nisbətən məzənnəsi 2.11-dək yüksəlib. Indi 1 Avropa pulu almaq üçün 2 manat 11 qəpik ödəmək lazımdır”.

Bu sözləri iqtisadçı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, manatın avroya birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşdirildiyi üçün Avropa valyutasının dollara nisbətən möhkəmlənməsi birbaşa manatın avro qarşısında dəyər itirməsinə gətirib çıxarır:

“Artıq dünya bazarında 1 avro almaq üçün 1.24 dollar ödəmək lazımdır. Avropazonada iqtisadi göstəricilərin yaxşılaşması, Almaniyada yeni hökumət böhranın səngiməsi və eləcə də dolların son günlər əksər dönərli valyutalara nisbətən dəyər itriməsi avronun güclənməsinə səbəb olub”.

BAKU.WS

BIR CAVAB BURAXIN