Manaf Ağayev Akif Çovdarovun adı keçən məhkəməyə ÇAĞIRILDI

0
622

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib. İ. Qasımov özünü təqsirli bilmədiyini, buna görə də ifadə vermək istəmədiyini deyib.
İclasda zərərçəkmiş şəxs qismində Mehriban Hüseynova ifadə verib. O bildirib ki, qiyməti 72 min manat olan evi almaq üçün İ. Qasımova 53 min manat ödəyib. Lakin sonradan “Real” MTK-nın vəziyyətinin yaxşı olmadığını görüb, evi satmaq qərarına gəlib və İ. Qasımova bu barədə məlumat verib. İ. Qasımov isə evi başqasına satıb, amma onun pulunu verməyib. M. Hüseynova ona dəymiş ziyanın ödənildiyini, hər hansı şikayətinin olmadığını bildirib.
Digər zərərçəkmiş Sahib Muradov da ev almaq üçün 76 min manat pul verdiyini, sonradan evin İ. Qasımov tərəfindən satıldığını, pulu isə ala bilmədiyini deyib. O, dəymiş ziyanın ödənilməsini də istəyib.
Proses oktyabrın 7-də davam edəcək.
Qeyd edək ki, İ. Qasımov bu ilin iyun ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir. Bu iş üzrə müğənni Manaf Ağayev də şahid kimi dindiriləcək.
İ. Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.

BIR CAVAB BURAXIN