Mal-qarası tələf olan azərbaycanlı özünü zəhərlədi

0
566

Mal-qarası tələf olan Astara sakini özünü zəhərləyib xəstəxanalıq oldu.

ARB Cənub xəbər verir ki, hadisə rayonun Şiyəkəran kəndində baş verib. Belə ki, heyvandarlıqla məşğul olan kənd sakini 55 yaşlı Sadiq Əliağa oğlu Teymurovun vəziyyəti qəfil pisləşdiyindən o, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Müayinəsi aparılan Sadiq Teymurova dərman zəhərlənməsi diaqnozu qoyulub. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti hazırda ağırdır.

Araşdırmalar zamanı məlum olub ki, 10 baş mal-qarası olan Sadiq Teymurovun heyvanları xəstəliyə tutulduğundan 5-i tələf olub. Profilaktiki tədbirlər aparılsa da, yerdə qlan heyvanların da sağ qalmasına ümidlər azdır. Bundan sarsılan heyvan sahibi dixlafos adlı dərmanı qəbul edib.

Qeyd edək ki, artıq kənd ərazisində onlarla heyvan tələf oub. Şiyəkəran kənd sakinlərinin sözlərinə görə hazırda xəstə heyvanların, ölüm ayağında olan mal-qaranın sayı da kifayət qədərdir.

BIR CAVAB BURAXIN