Fələstin prezidenti Mahmud Abbas 1980-ci illərdə SSSİ Dövlət Təhlükəsizlik
Bu barədə İsrailin “Chanel One” telekanalının verdiyi süjetdə bildirilir.
Kanal məlumatın təsdiqi olaraq Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) məlumatlarına – xüsusi xidmət orqanının arxiv bölməsinin keçmiş əməkdaşı Vasiliy Mitroxinin Rusiyadan çıxardığı “Mitroxin arxivi”ndəki sənədə istinad edir. Sənədə 1983-cü il tarixi qoyulub. Mahmud Abbas (adından başqa, təvəllüdü (1935) və FƏTH-ə üzvlüyü uyğun gəlir) Suriyada DTK-nın adamı kimi təqdim edilib.
İddia edilir ki, Mahmud Abbas diplomat Mixail Boqdanovla birlikdə işləyirdi. Mixail Boqdanov 1980-ci illərdə Yaxın Şərq ölkələrində SSRİ-nin bir neçə diplomatik nümayəndəliyində işləyib. O, hazırda Rusiya prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavinidir.
Fələstin Prezidentinin özü İsrail telekanalının süjetini şərh etməyib. Amma “Haaretz” nəşri qeyd edir ki, Fələstin məmurları bu informasiyanın həqiqətə uyğun olmadığını bildiriblər.
Xüsusi halda, Fələstində qeyd etdilər ki, DTK-nın agenti olmağa ehtiyacı yox idi. FƏTH 1980-ci illərdə SSRİ-də açıq fəaliyyət göstərirdi. Patris Lumumba adına Moskva Xalqlar Dostluğu Universitetində təhsil alan Mahmud Abbas SSRİ-Fələstin dostluğunun gücləndirilməsi üzrə təşkilatla rəhbərlik edirdi.
Publika.az