Salvadorda 6 nəfər quldurlar tərəfindən qətlə yetirilib.
Teleqraf.com-un “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Salvador Baş Prokurorluğunun Tvitterdəki məlumatında bildirilir.
Xəbərə görə, hadisə Xokotilo şəhərində baş verib. Ölənlərdən 5-i kişi, 1-i qadındır. Cinayətin səbəbi hələlik bəlli deyil.
Salvadorda əsasən, iki – Barrio-18 və Mara Salvatruça bandaları var ki, bunlar ABŞ, Meksika və Mərkəzi Amerikada ən güclü bandalardan hesab olunur. Bu qruplaşmalarda 70 minə yaxın cinayətkar birləşib.