Mətbuat katibi həbs olunur

0
676

Mərhum xalq artisti İlhamə Quliyevanın prodüseri olmuş Faiq Ələkbərli həbs edilə bilər.

Məlumata görə, prodüserin adı bir neçə hadisədə hallanır. Bunlardan birincisi İ.Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynovanın videosunun gizli şəkildə çəkilərək mətbuata ötürülməsidir. Hətta bununla bağlı Ələkbərlidən ölkədən çıxmamaqla bağlı iltizam alınıb.

Ələkbərlinin ittiham olunduğu digər məsələ bir vətəndaşa mənzil satmasıyla bağlıdır. Belə ki, o, divarının ikisi dəmirdən olan mənzili 50 min manata bir vətəndaşa satıb. Sonradan həmin vətəndaş hüquq-mühafizə orqanlarına müraciət etsə də, mərhum xalq artistinin müdaxiləsindən sonra Ələkbərlini həbsdən xilas etmək mümkün olub və vətəndaş ərizəsini geri götürüb.

İddialar sırasında prodüserin evini günü yüz manata priton kimi kirayəyə verdiyi də var. Artıq çalışdığı ATV kanalından da Ələkbərliyə xəbərdarlıq edilib və onu heç cür qoruya bilməyəcəkləri bildirilib.

Sözügedən iddialarla bağlı Faiq Ələkbərlinin özü ilə əlaqə saxlasaq da prodüser iddialarla tanış olduqdan sonra cavab verə biləcəyini söyləyib. Ardınca isə edilən zəngləri cavabsız qoyub. (Ölkə.az)

***

Azad Azərbaycan televiziyasının əməkdaşı, mərhum İlhamə Quliyevanın mətbuat katibi prodüser Faiq Ələkbərli prokrorluqda dindirilib. Bu barədə hüquq mühafizə orqanlarından məlumat verilib.

Mərhum İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın işində günahlandırılan prodüserin yaxın zamanda həbs olunacağı gözlənilir.

Xalq artisti İlhamə Quliyavanın məlum hadisələrdən dolayı köməkçisi Mehriban Hüseynovadan qisas alaraq ondan yalvararaq üzr istəməsi videolarını çəkməkdə günahlandırılan Faiq Ələkbərli Quliyevanın sağ vaxtında istintaqdan yayına bilsə də, bu dəfə onun məsuliyyətdən qurtara bilməyəcəyi bildirilir.

ATV kanalının rəhbərliyi tərəfindən də xəbərdarlıq edilən prodüserin birinci dəfə istintaqdan yayınmağında aparıcıZaur Baxşəliyevin və İlhamə Quliyevanın rolu olduğu məlum olub. Mehriban Hüseynovanın təhqir videolarını çəkərək mətbutda paylaşan prodüser Faiq Ələkbərlinin bundan əlavə də bir çox cinayət məsələlərində adı hallanır. Onun bir vətəndaşı aldadaraq saxta sənədlərlə bahalı ev satması haqda da prokrorluğa şikayət edildiyi bildirilir. Verilən məlumatda bir çox məsələlərdə Faiq Ələkbərlinin hüquqlarını müdafiə edən tanınmış vəkil Şəfiqə Nağıyevanın da Ələkbərlinin prodüserlik etdiyi “Bizimləsən” verilişindən ayrıldığı, onların münasibətlərinin pozulduğu, məşhur vəkilin Xəzər telekanalında Xoşqədəm Hidayətqızının “Bizə danış” verilişinə keçməsi də tanınmış prodüserin yaxın zamanlarda həbs olunacağı ehtimalını artırır. Eyni zamanda, Mehriban Hüseynovanın işinin millət vəkili Çingiz Qənizadənin müraciəti əsasında baş prokror Zakir Qaralov tərəfindən nəzarətə götürülməsi, bu iş barədə hər hansı bir şəxsin müdaxiləsini məhdudlaşdırır.

Qeyd edək ki, Faiq Ələkbərlinin bir müddət əvvəl evini əxlaqsızlıq yuvasına çevirməsi haqda da mətbuatda xəbərlər dərc olunmuş, hətda bununla bağlı polisə çağrılaraq xəbərdarlıq edilmiş, sonradan həbs olunma təhlükəsi ilə üzləşsə də, İlhamə Quliyevanın köməkliyi ilə bundan yayına bilmişdi.(bizimyol.info)

BIR CAVAB BURAXIN