Məşhur MKİ casusu Toni Mendes 79 yaşında dünyasını dəyişib

0
571

ABŞ diplomatlarını İrandakı həbsxandan xilas edən MKİ casusu Toni Mendes ölüb.

Arazinfo.com-un  TASS-a istinadən verdiyi xəbərə görə, 79 yaşlı eks kəşfiyyatçının ölümünə səbəb parkinson xəstəliyi olub. Bu barədə məlumat verən The VVashington Post qəzeti yazır ki, Toni Mendes Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) şərəfli bir iz qoyub. Qəzet xatırladır ki, 1979-cu ildə İranda baş verən islam inqilabından sonra gənclər tərəfindən ABŞ-ın Tehrandakı səfirliyinin 60 əməkdaşı girov götürülmüşdü. Onları xilas etmək üçün MKİ tərəfindən hazırlanan “Qartal caynağı” adlı xüsusi əməliyyata rəhbərlik isə Mendesə tapşırılmışdı. Bu məqsədlə göndərilən və içərisində xüsusi təyinatlıların olduğu vertolyotun ikisinin Xorasan səmasında qum fırtınasına düşməsi, digər ikisinin isə havada toqquşması nəticəsində əməliyyat baş tutmamışdı.