Məşhur holdinq əmlak şirkəti yaratdı

0
666

Synergy Group

Synergy Group

Yanvarda fəaliyyətinin 7-ci ilinə qədəm qoyan, ölkənin ən iri holdinqlərindən olan «Synergy Group» MMC yeni daşınmaz əmlak şirkəti təsis edib. «Synergy Property» MMC-nin hüquqi ünvanı qrupun Bakıdakı baş ofisinin yerləşdiyi «Yeni Həyat» iş mərkəzidir.

İki holdinqi bir-birinə bağlayan şəxs

Kapitalına 100 manat yatırılan yeni şirkətə Ayaz Qəhrəmanov direktor təyin olunub. Vergilər Nazirliyinin hazırladığı kommersiya şirkətlərinin dövlət reyestrinə görə, A. Qəhrəmanov həm də «Olimpik» MMC, «Master Management» MMC-nin direktoru və «Atalizinq» ASC-nin («AtaHolding» MMC-nin törəmə şirkəti) İdarə Heyətinin sədridir.

Qrup etiraf etdiyindən də böyükdür

Maliyyə hesabatına görə, «Synergy Group» MMC-yə 30-dək sənaye, kənd təsərrüfatı, ticarət, təhsil və səhiyyə müəssisələri, turizm, İT və otelçilik şirkəti, eləcə də bank daxildir. Qrup üzvü «CDB Bank» ASC holdinqə aid olan daha bir neçə şirkətin də adını açıqlayıb (https://goo.gl/BPpAVP). Bunlar 604 hektar sahədə qurulmaqda olan «Şəmkir Aqropark» MMC və qərb bölgəsinin ən iri çörəkbişirmə zavodu olan «Platek Pact» MMC-dir.

Yerli media 2013-2014-cü illərdə yaradılmış «Platek», «Blossom», «Dekot», «Enga», «Asset» və «Relt» şirkətlər qruplarını da «Synergy Group» MMC-yə aid edirlər. Holdinq bunu nə təsdiq, nə də inkar edir.

BIR CAVAB BURAXIN