Məşhur ekstrasens Zirəddin Rzayev dəvət olunduğu şoudan qovuldu – SENSASİYA…

0
858
 
“Ekstrasenslərin döyüşü” – nün finalçısı azərbaycanlı Zirəddin Rzayev “Kişi / Qadın” şousuna dəvət olunan ekspertlərdən biri olub. Studiyada fırıldaqçıların insanları necə aldatdıqları, özlərini ekstrasens kimi təqdim etdikləri müzakirə olunub.
Amma efir zamanı Qordon qonağını  birbaşa studiyadan qovub. Zirəddin şübhələnir ki, bir çox kadrlar proqramdan kəsilə bilər və qərara alıb ki, nə baş verdiyini açıq danışsın. O “YouTube” üçün videonu yazıb.
Mən Birinci kanala böyük hörmətlə  yanaşıram. 8 noyabrda mən “Kişi / Qadın” proqramına dəvət olunmuşdum və orda xoşagəlməz hadisə baş verdi. Təsəvvür etməzdim ki, ictimai bir adam özünü bu cür apara bilər. Mən Qordonun hərəkətindən şokdayam. Onlar məni efirə çağırırlar və təəccüblüdür, məni studiyadan qovurlar. Qordon mənimlə diskussiya apara bilmədi, o mənimlə danışa bilmədi, intellekti yetmədi. O məni psixopat olmaqda  ittiham etdi. O zaman cavab verdim ki, psixopat o şəxsdir ki, hamının qarşısında deyir ki, uşaq meydançasında it görsəm, ona atəş açacam. İtlə bağlı olan belə bir qalmaqallı nümunəni Qordon özü efir zamanı söyləmişdi.
“Qordon məni studiyadan qovdu. Qeyd edim ki, insanlar zəif tərəflərini göstərirsə, bu o deməkdir ki, onlar zəifdirlər. O məni studiyadan qovanda özünün vacib adam olduğunu göstərib, məni alçaltmaq istədi. Əslində isə o özünü alçaltdı. Hörmət edib, etməmək – sənin şəxsi işindir, adamlara hörmətlə yanaşma – bu isə artıq tərbiyədir. Düşünürəm ki, aparıcı sakit, sərbəst olmalı, tərəf tutmamalıdır. Siz məni mühakimə edirsiniz, sanki məhkəmədəyik. Amma, sübutsuz, dəlilsiz. Mənim bir neçə ali təhsilim var, mən klinikada işləyirəm. Tənqid etdilər ki, bu özəl klinikadır, amma dövlət lisenziyası var. Siz fikirləşirsiniz ki, özəl klinikada müalicə edənlər savadsızdırlar? Siz özəl klinikaya niyə belə neqativ yanaşırsınız. Mən reaksiya vermək istəmirdim, amma dostlar dedilər ki, danışmaq lazımdır. Hiss edirəm ki, studiyadan necə qovulmağımı efirə verməzlər. Amma, çox istəyirəm ki, göstərsinlər. Qordon bu hərəkətilə özünü alçaltdı. Ondan neqativlik, aqressiya, tərbiyəsizlik gəlir” – deyə, Zirəddin onu ittiham edir.

BIR CAVAB BURAXIN