Mənzilin divarını deşərək 20 min manatlıq qızıl apardılar – Film kimi oğurluq

0
632

Bakının Yasamal rayonunda oğurluq hadisəsi olub.

“Report”un xəbərinə görə, hadisə rayonun M.Seyidov küçəsi, ev 15 ünvanında baş verib.
Orada yaşayan 1965-ci il təvəllüdlü Eldar Əliyev evdə olmadığı zaman naməlum şəxslər zirzəminin divarını deşərək onun evindən 20 min manat qızıl-zinət əşyaları oğurlayıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

BIR CAVAB BURAXIN