“Məni məhv etdilər” – Xəstəxanaya düşən əməkdar artist ağladı

0
741

"Məni məhv etdilər" - Xəstəxanaya düşən əməkdar artist ağladı

Səhhəti pisləşən əməkdar artist Naibə Allahverdiyeva göz yaşlarını saxlaya bilməyib.

Xəstəxanada olan aktrisanı “Xəzər maqazin” görüntüləyib.

N.Allahverdiyeva son günlər çox stress yaşadığını etiraf edib:

“Neçə vaxtdır qan təzyiqim yüksək olurdu. Bir dəfə əsəbləşdim, halım pisləşdi. Xəstənin gözü həmişə qapıda olur. İllərin gərginliyi məni bu hala gətirdi. İnsan nə qədər yalandan gülüş yaradar. Məni bir aktrisa kimi məhv etməyə çalışdılar, etdilər də… Bir aktrisanı kənara atmaq olmaz. İstedadlı gənclərimiz var. Onlarla çalışmağı çox istəyərdim. Ömrümün 30 ilini sənətə həsr etmişəm. Biz böyük müəllimlərlə işləmişik. Sənətimi çox sevirəm, onu ata bilmirəm. Bir ara düşündüm çıxım gedim, amma bacarmadım”.

Axşam.az

BIR CAVAB BURAXIN