Xalq artisti Mələykə Əsədova Ramiz Məlikin onun geyimilə bağlı ünvanına səsləndirdiyi tənqidlərə cavab verib.
Publika.az xəbər verir ki, aktrisa həmkarı və Xalq artisti Ramiz Məlikin onun haqqında nə düşünüdüyü və nə yazdığı ilə maraqlanmadığını deyib:
“Sənətim haqqında fikir söyləsəydi, bununla bağlı münasibət bildirərdim. Lakin şəkillərim haqqında onun nə isə deməsi məni qətiyyən maraqlandırmır. Geyimimə və şəkillərimə nə onun, nə də başqasının müdaxilə etməyə ixtiyarı yoxdur. Mənə nəyin yaraşıb-yaraşmadığını özüm gözəl bilirəm”.