“Mələy”in öpüşü” filminə maraq böyükdür

0
812

Kınoteatrlara çıxmadan haqqında danışılan sensasiyalı“Mələyin Öpüşü” filminin rejissoru danışdı.

Son zamanların ən çox müzakirə olunan «Mələyin Öpüşü» filminin rejissoru Əsgər Əli Hacızadə müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

«Mələyin Öpüşü» filmi və yaradıcı heyət barədə nələr deyə bilərsiz?

– Bizim filmdə FuadPoladov, Oksana Rəsulova, ElşadXose, Münəvvər Əliyeva, Nizar Məmmədov, Təranə Əliyeva, Şəhliyar Əbilov, Mikail Bəylər, Samil Süleymanlı və digər istedadlı aktoyrlar çəkilib. Hamısı ilə işləmək gözəl bir təcrübəidi. Bizfilmi 25 gun ərzində Bakıda və Mərdakanda çəkdik. Film çəkilişlərində məkan seçimiçox önəmlidir. Ona görə də bu məsələnin ətrafında dahaçox müzakirə apardıq.

Ərsəyə gətirdiyiniz filmdə insanlara hansı mesajı vermək istəmisiz?

– Mənistəyirəmki, insanlar filmi seyr etdikdən sonra cəmiyyətə vermək istədiyimiz mesajı özləri anlasınlar. Ümumilikdə, film varlılar və kasıblar arasında yaşanan uçurum dan bəhsedir. Biz filmdə cəmiyyətə bir problemin olması barədə bəzi məqamları göstərməyə çalışmışıq. Mən filmi hər təbəqə üçün nəzərdə tutmuşam.

Filmintəqdimatınəvaxtdır?

– Sentyabrın 14-də “Nizami” kinoteatrındaqalagecəsibaştutacaq. Film 15 sentyabrda kinoteatrlarda tamaşaçılara təqdim ediləcək.

«Mələyin Öpüşü» filminə xaricə təqdimatı keçiriləcəksinizmi?

– Avropa, Rusiya və Türkiyədə təqdimat etməyi düşünürük.

Bu sizinrejissoruolduğunuz ilk filmdir?

– Bəli. Ammamən 10 ildirki, busahədəyəm.ABŞ, RusiyavəTürkiyədəişləmişəm.İlk filmimi isə Azərbaycanda çəkdim.

Azərbaycanda yeni film təklifi almısınızmı?

– Dörd film təklifi almışam. Amma həmin filmlərin rejissoru olub-olmayacağımla bağlı qərar verməmişəm.

Son dövrlərdə çəkilən Azərbaycan filmlərindən hansılarını xoşlayırsınız?

– Xənnas

Azərbaycanda son dövrlər film sektorunun inkişafından və yeni çəkilən filmlərdən razısınızmı?

«Mən Azərbaycan filminin bugünki vəziyyəti barədə çox söz deyə bilməyəcəm. Çünki bizim film sektoru uzun müddət durğunluq dövrünü yaşadı. Amma indi bizdə ikinci bahar başlayır. Aktyorlarımız, bəstəkarlarımız, rejissorlarımız və.s beynəlxalq aləmdə tanınarsa, o zaman öz ölkəmizdə çəkilən filmlərin yaxşı və ya pis olduğunu deyə bilərik. İndi Azərbaycanda çəkilən filmlərin hamısı yaxşıdır. Çünki biz yeni başlamışıq. Çox və keyfiyyətli film və serialların çəkilməsi üçün tamaşaçıya ehtiyac var. Bunun üçün isə kinoteatrların çox olması və filmlərin təbliği çox vacibdir. Ümumilikdə, film sektorunun inkişaf etdirilməsi üçün sponsorların və filmə sərmayə qoyacaq şirkətlərin sayı artmalıdır.

Ümumilikdə, Azərbaycan və beynəlxalq aləmdə çəkilən filmlərdə müraciət olunan mövzular barədə nə deyə bilərsiniz?

«Mənim fikrimcə,film insanlara mesaj verməlidir. Bu mesajın müsbət olması çox vacibdir. Rejissorlar və jurnalistlar arasında oxşarlıq çoxdur. Onlar da hər hansı reportaj hazırlayarkən, problemi göstərməyə çalışırlar. Biz də çəkdiyimiz filmlərdə aktyorlar vasitəsi ilə cəmiyyətə problem və onun həlli barədə mesaj veririk. Məsələn, əvvəllər çəkilən filmlərdə işlədilən ibratamiz ifadələr bu günə qədər dillər əzbəridir. Amma bu gün filmlərin mövzusu tam dəyişib. 50-70-ci illərdə çəkilən filmlərlə bugünkülər arasında böyük fərq var. Əvvəllər filmlərdə insanlıq, yaxşılıq, ailə birliyi və.s təbliğ olunurdur. İndi çəkilən filmlərdə isə müharibə, xəyanət, ehtiras, cinayət və insanlara psixoloji gərginlik verəcək mövzular üstünlük təşkil edir. Bu mövzular insanlara güvənsizlik, gərginlik və mənfi istiqamətə maraq yaradır. Məsələn, cinayətlərin baş verdiyi bir filmi izləyən yeniyetmə, həmin qəhraman kimi geyinməyə və onun əməllərini cəmiyyətdə tətbiq etməyə cəhd edir. Bu sonrakı dövrdə kütləvi hal ala bilər və cəmiyyət tamamilə korlanar. Həmçinin filmlərdə xərçəng xəstəsi olan uşaq obrazının ölüm səhnəsi bir neçə bölüm göstərilir. Bu insanlarda böyük psixoloji gərginlik yaradır. Hər hansı bir şəxs yolda xərçəng xəstəsi gördükdə ona qayğı ilə yanaşmaq istəmir. Çünki filmlərdə gördüyü üçün bu xəstəlik ola adi gəlir. O qədər xəyanətdən film çəkirlər ki, bu pis əməl insanların gözündə adiləşir. Düzdür, filmlərin əksəriyyətinin senarisi də real həyatdan götürülür. Amma insanların bir-birinə xəyanətini milyonlarla insanın görməsi belə əməllərin çoxlaması ilə nəticələnir. Ona görə də cəmiyyətin müsbət yöndə dəyişməsi üçün film rejissorlarının və senaristlərinin üzərinə böyük məshuliyyət düşür. Biz cəmiyyətə doğru mesajı çatdırmalıyıq. Məsələn, rejissorlar müharibələrin dayandırmağın yolları və xərçəng xəstəliyinin dərmanını tapan 4 gənc barədə film çəksələr, cəmiyyətə necə müsbət mesaj olar. Filmlər cəmiyyətdə böyük gücə malikdir. Ona görə də cəmiyyəti müsbət istiqamətdə aparmaq üçün tamaşaçıya faydalı film təqdim etmək lazımdır.

Bəs niyə filmlərdə mənfi senarilərə üstünlük verilirlər?

– Mən bunu belə izah edim. Nifrətlə böyüyən insanların zövqləri, sevgiilə böyüyən insanların zövqlərindən tam fərqlidir. Sevigi və ya nifrətlə yazılmış ssenarilər arasında böyük fərqlar var. İnsanlara sevgin yoxdursa, filmində nifrət yaradacaq personajlara üstünlük verəcəksən. Daha yaxşı filmlər çəkmək üçün yeni fikirlər lazımdır. Biz cəmiyyətə  güvənsizliyi təbliğ etməməliyik. Elə güvəni, etibarı təbliğ edək və cəmiyyətdə bizim işimizdən faydalansın.

Bəzən elə insanlar olur ki, çox bacarıqlıdır, amma cəmiyyətdə özünə yer tapa bilmir. Bəziləri onu kəşf edə biləcək insanı axtarır. Siz bu filmdəyeni istedadlar kəşf etdinizmi?

– Mənim işlədiyim komandada həm aktyorlar, həm də texniki və yaradıcı heyət arasında beynəlxalq aləmdə Azərbaycanı təmsil edə biləcək insanlar var. Həmçinin biz yenilərini kəşfetdik. Məsələn, rejissor köməkçisi və ikinci rejissor Gülsüm Ağayeva geniş bacarığa sahibdir. Daha əvvəl “Zəng” adlı  qısametrajlı bədii filmini çəkərək Azərbaycanın gəncləri və kinematoqrafçıları arasında istedadlı biri kimi tanındı. O sabah Hollivudda olacaq. Səs rejisoru Seymur Əliyev peşəcə səs dizayneri və səs rejissorudur. Fərqli duyumu, təsviri görmək imkanı, hər layihəyə uyğunlaşa biləcək imkanlara shaibdir və gələcəkdə xaricdə bu işlə məşğul olan insanlarla rəqabət apara biləcək potensiala sahibdir .Filmin rəssam və aktyoru NizarMəmmədov da istedadlı bir aktyor kimi  kinematoqrafik görünüşə malikdir. Təranə Əliyevanın da aktrisa olaraq yaradıcı imkanları genişdir, o gələcəkdə dünyanın öncül aktrisaları rəqabətə girə biləcək istedada malikdir. Bəstəkar Sevinc Ağasıyevanın bacarıqlı sountrək bəstəkarı olduğu fikrindəyəm. Bir də filmimizin səs korreksiyasını həyata keçirən, çox istedadlı Nicat Zeynallının adını qeyd etmək istəyirəm. Bu insanlar bura məxsus deyillər. Onlar bütün dünyaya xidmət edə bilərlər.

– Bəs yeni istedadlar kəşf etmək üçün hansı işləri görmək lazımdır?

– İlk növbədə onların yaxşı təlim keçmələri üçün şərait ya radılmalıdır. Biz yeni istedadlar kəşf etmək üçün mütləq aktyorluq kursları və müsabiqələr təşkil etməliyik.Məsələn, Əməkdar artist, Azərbaycan Pantomima teartının aktyoru Pərviz Məmmədrzayevin aktorluq kursu var. Bir çox insanlar həmin kurslardan yararlana bilərlər. Pərviz Məmmədrzayev həm çox yaxşı aktor, həm də çox yaxşı müəlllimdir. Nəyəsə nail olana qədər böyük çətinliklərdən keçmək lazım gəlir. Bunun üçün səbr və dözüm lazımdır. Amma elə bacarıqlı insanlara var ki, bu iradəyə sahib deyillər. Ona görə də kənarda qalıblar. Biz millət olaraq inkişaf etməyə cəhd etməliyik. Gənclərimizi oxumağa, araşdırmağa məcbur etməkliyik. Biz rahatlığa düşkün millətik. Özü üzərimizidə çalışıb, inkişaf etməliyik. Azərbaycanın da dünyaca məşhur olan amma tanınmayan vətəndaşları var. Məsələn, rəssam Sakit Məmmədov. Rusiya prezidenti Vladimir Putindən, İngiltərə kraliçası Yelizavetadan mükafatlar alan, Vatikanda rəsimləri olan azərbaycanlı rəssam Sakit Məmmədov barədə şəhər sakinlərinə sual versək, əksəriyyəti tanımaya bilər. Çünki təbliğat aparılmır. Sakit Məmmədov Adəm və Həvvanı göbəksiz çəkən ilk rəssamdır. Ondan əvvəl bütün rəssamlar Adəm və Həvvanı göbəklə çəkiblər. Allahın yaratdığı ilk insan olduğu üçün  Adəm və Həvvanın valideynləri yoxdur. Ona görə onların göbəyi də ola bilməz. Sakit Məmmədov Adəm və Həvvanı valideynləri olmadığını əsas gətirərək göbəksiz çəkib. Həmin vaxtdan ehtibarən Adəm və Həvva beynəlxalq rəssamlar tərəfindən göbəksiz çəkilir. Amma bunu Azərbaycanda çox az adam bilir. Sakit Məmmədovun bu işinə görə Nobel mükafatına namizədliyi qəbul olunub. Belə insanları biz təbliğ etməliyik və tanıtmalıyıq.

Rejissor Əsgər Əli Hacızadə ilə söhbət zamanı onun işlədiyi komandaya necə dəyər verdiyi və onlarla birlikdə işləməkdən zövq aldığını hiss etməmək mümkün deyil. Bu səbəbdən oxucuları rejissorun komandasının iki üzvü ilə tanış etmək istəyirik.

Onlardan biri «Mələyin Öpüşü» filminin aktyoru  Nizar Məmmədov, digəri isə filmin musiqi bəstəkarı Sevinc Ağasıyevadır.

Üzümüzü «Mələyin Öpüşü» filminin aktyoru Nizar Məmmədova tuturaq:

– Mən bildiyim qədər siz aktyorluqla bərabər, rəssamlıqla da məşğul olursunuz. Ümumilikdə, yaradıcılığınız barədə nələr deyə bilərsiniz?

-Mənim Rəssamlıq Akademiyasını bitirmişəm. İxtisasım üzrə də bir çox uğurlarım olub. Amma aktyorluğa həvəsim olduğu üçün bu sənətlə də məşqul oluram. İlk seriala 2007-ci ildə çəkilmişəm. «Küləklər şəhəri», «Sonun başlanğıcı» filmlərinə çəkildim. Mənə 4 il ərzində təkliflər gəldi. Amma senarisi xoşuma gəlmədiyi üçün imtina edirdim. Uzun müddətdən sonra məni Oksana Rəsulova filmə dəvət etdi. Razılaşdım. Filmdə Sənan rolunu canlandırıram. Bu filmdə hər şey peşakarlıqla işlənib.

– Bəs rəssamlıq sahəsində hansı uğurlarınız var?

Mən ötən il Rusiyada dünya kubokunu qazanmışam. Şah İsmail Xətai və   Həsən Bəy Zərdabi mükafatlarını qazanmışam. Türkiyədə keçirilən sərgilərdə qalib olmuşam.

– Bundansonrakıplanlarınıznədir?

Mənim dünyanın ən məşhur muzeyi olan Luvrda sərgim olub. İnşallah, gələcəkdə Monakoda təşkil olunmalıdır.

Missiya.Az oxuculara«Mələyin Öpüşü» fimininbaşbestekarıSevincAğasıyevanın müsahibəsini təqdim edir:

Yaradıcılığınız  və kino sahəsindəki fəaliyyətiniz barədə nələr deyə bilərsiniz?

– Mənim instrumental kompozisiyam ötən il işıq üzü görüb. Onlar «Nurçələngi» və «Djavu»-dur. Amma bu vaxta qədər AygünKazımova, Röya Ayxan və digər gənc müğənnilərlə işləmişəm. Daha çox populyar olan isə «Əziz müəllimim» mahnısıdır. İsnturmental əsərləri 6-7 il əvvəl bəstələyirdim. Amma onlar işıq üzü görməyib. Daha sonra film üçün musiqilər bəstələməyə başladım.

 

– Necə oldu ki, film üçün mahnı bəstələmək fikrinə düşdünüz?

– Bu öncədən planlaşdırılmış iş deyil. Sadəcə içimdən gəldi. Dərk etdim ki, film üçün bəstəməliyəm.Kino səhəsində ilk işim «Mələyin Öpüşün»dəki bəstələrdir. Əsgər Əli Hacızadənin mənə göstəridiyi dəstək sahəsində daha yaxşı musiqilər bəstələdim və ortaya çox gözəl iş qoyduq.

 

Yeni film və serial təklifləri varmı?

– Mənə birçox təkliflər var. Əsasən serial üçündür. Adını çəkmək istəmirəm amma birserialla razılaşmışam. Moskvadan isə bir sənədli film üçün təklif almışam.

 

 

BIR CAVAB BURAXIN