Ev Sosial Məhkəmə xalq artistləri Məleykə Əsədova və Ramiz Məlikin iddialarını təmin etməyib

Məhkəmə xalq artistləri Məleykə Əsədova və Ramiz Məlikin iddialarını təmin etməyib

0
645
Məhkəmədən xalq artislərinin gözləmədiyi qərar
Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı və R.Məlikin ona qarşı iddiası üzrə məhkəmə iclası davam etdirilib.

Arazinfo.com-un Axşam.az-a istinadən verdiyi  xəbərə görə, hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki iddia təmin edilməyib.

M.Əsədovanın vəkili jurnalistlərə açıqlamasında bildirib ki, müvəkkili xüsusi ittiham qaydasında da məhkəməyə müraciət edəcək: “Həmçinin, bu məhkəmə qərarından da apellyasiya şikayəti veriləcək”.

Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, məhkəməyə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib.

R.Məlikin vəkili Türkel Süleymanlı məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını söyləyib. Mülki iddia icraata qəbul edilib.

BIR CAVAB BURAXIN