Məhkəmə Saakaşvilini sərhədi qeyri-qanuni keçməkdə təqsirli bildi

0
583
 

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili sərhədi qeyri-qanuni keçməkdə təqsirli bilinib.

Virtualaz.org bildirir ki, bu barədə TASS məlumat yayıb.

Məlumatda deyilir ki, Lvov vilayətinin Mostiskiy rayon məhkəməsi bununla bağlı qərar çıxarıb və onu 3 400 qrivna (130 ABŞ dollarına yaxın) məbləğində cərimə edib.

Xatırladaq ki, sentyabrın 10-da Mixail Saakaşvili Polşa-Ukrayna sərhədini keçərək Lvov şəhərinə gəlib. Ondan əvvəl, M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petro Poroşenko onu Ukrayna vətəndaşlığından məhrum edib.

Ukrayna Dövlət Sərhəd Xidməti M.Saakaşviliyə qarşı sərhədi qeyri-qanuni keçdiyinə görə iddia qaldırıb.

Elə sentyabrın 10-da da M.Saakaşvili barəsində Ukrayna Cinayət Məcəlləsinin 332-ci (Ukrayna Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi açılıb.

BIR CAVAB BURAXIN