İspaniya məhkəməsi məşhur portuqaliyalı futbolçu Ronaldonu 19 milyon avro cərimə edib və ona 23 ay şərti iş kəsib.
Arazinfo.com-uin sports.ru-ya istinadən verdiyi xəbərə görə, Madir əyalət məhkəməsinin belə bir qərar qəbul etməsinə səbəb Ronaldonun vergidən yayınması olub. Məhkəmənin qərarında qeyd edilir ki, Ronaldo 2011-2014-cü illərdə “Real” da çıxış etdiyi vaxt 5,7 milyon avro vergi ödəməyib. İndi məhkəmə qərarına görə, Ronaldo 18,8 milyon avro və buna paralel olaraq 375 min avro cərimə ödəməli olacaq. Ronaldo əvvəllər cinayət məsuliyyətinə cəlb edilmədiyi üçün həbsdə yatmayacaq və 23 aylıq cəzasını şərti şəkildə çəkəcək.