Məhkəmə Eldar Mahmudova qarşı cinayət işinin qaldırılmasını tələb etdi

0
738
 

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

“Report”un xəbərinə görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib. Məhkəmənin hökmü ilə Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa məhkəmə polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb. Hökmə görə, Vüsal Ələkbərovun əmlakı müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul edilib.

Hökmə əsasən, zərərçəkmişlərdən yalnız Akif Qurbanovun mülki iddiası təmin edilib. Digər zərərçəkmiş iş adamlarının mülki iddiası təmin edilməyib. Məhkəmə bunu belə əsaslandətıb ki, Vüsal Ələkbərov və digər vəzifəli şəxslər iddiası təmin olunmayan zərərçəkmişlərdən pulu rüşvət kimi qəbul ediblər. Bu səbəbdən rüşvət alma ilə bağlı iddia mülki qaydada həll oluna bilər.

Məhkəmə həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Movlan Şıxəliyevin barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarıb və həmin qərarın surəti icra olunması üçün adiyyəti üzrə prokurorluğa göndəriləcək.

BIR CAVAB BURAXIN