Məşhurlarımızın bədbəxt övladları – Siyahı

0
604

Tez-tez məşhur şəxslərin, sevilən sənətçilərin övladları ilə bağlı xoşagəlməz xəbərlər oxuyuruq. Xalq tərəfindən sevilən bir ailədə böyüyən bu övladlar atdıqları addım və tutduqları əməllərlə öz həyatlarını məhv etməklə yanaşı, valideynlərini də çətin vəziyyətə salırlar.

Görkəmli aktyor, xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanın bugünlərdə “Şərq” qəzetinə verdiyi müsahibədə dedikləri bir daha bu mövzunu gündəmə gətirdi. S.Aslanın oğlu uzun müddət spirtli içki aludəçisi olub. Onun bir vaxtlar atasının 60 illik yubileyinə ölkə başçısı tərəfindən hədiyyə olunmuş evi banklardan birinə girov qoyduğu da deyilir. Hazırda ailəsi dağılan, evsiz qalan Ç.Aslan ağır günlər yaşayır və ictimaiyyətdən kömək istəyir.

Xalq artisti Arif Quliyev də cinayət törətmiş oğluna görə uzun müddət əziyyət çəkib. A.Quliyevin oğlu Fərid Quliyev uzun illər öncə dostlarından birini qarət məqsədilə başına balta ilə vuraraq öldürmüşdü. Evin tək övladını öldürən F.Quliyev həbsxanada olduğu müddətdə vərəm xəstəliyinə yoluxdu. Azadlığa çıxdıqdan bir müddət sonra isə xəstəliyi səbəbindən dünyasını dəyişdi.

Sevilən aktyor, əməkdar artist Rəhman Rəhmanov da oğul dərdi çəkənlərdəndir. Bir müddət səs yarışmalarından birinin iştirakçısı olan və xeyli məşhurlaşan Emil Rəhmanov sonradan narkotik istifadəçisinə çevrildi.

Aktyorun oğlu bir neçə gün öncə azadlığa çıxıb. Ancaq bu, onun ilk məhkumluğu deyildi. Emil 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək, 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Mərhum nəğməkar-şair Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənli 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq, 15 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2013-cü ilin sentyabrın 17-də isə narkotik istifadəçisi kimi həbs edildi.

Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayev dostları ilə içki məclisində yeyib-içdikdən sonra aralarında düşən mübahisə zamanı başından küt alətlə aldığı zərbə nəticəsində həyatını itirdi.

Əlbəttə, bu, tam siyahı olmasa da, müəyyən təsəvvür yaradır. KULT.AZ

 

BIR CAVAB BURAXIN