Lyaşko: “Ukrayna nüvə arsenalını bərpa etməlidir”

0
645

Ukraynanın nüvə silahından imtina etməsi haqqında qərarı yanlışdır.

 

Bu sözləri öz Feysbuk səhifəsində Ukrayna Radikal Partiyasının sədri Oleq Lyaşko paylaşıb. Onun sözlərinə görə, rəsmi Kiyev hər şeyə rəğmən, ölkənin nüvə qalxanını yenidən bərpa etməlidir:

 

“Bu gün altına imza atanların belə adını çəkməyə utandığı Budapeşt memorandumu yox, məhz nüvə silahı və güclü ordu bizim müstəqilliyimizin əsas zəmanətçisi olmalıdır. Bizim Ukraynanı qorumaq üçün başqa yolumuz yoxdur”.

 

Qeyd edək ki, Budapeşt memorandumu 1994-cü ildə Rusiya, Ukrayna, ABŞ və Böyük Britaniya tərəfindən imzalanıb. Bu razılaşmaya əsasən, Ukrayna nüvə silahının yayılması haqqında razılaşmaya qoşulub. Razılaşmaya əsasən, Kiyev SSRİ-dən qalan bütün nüvə arsenalından imtina edib və əvəzində Rusiya, ABŞ, Böyük Britaniya Ukraynanın təhlükəsizliyinə zəmanət veriblər.

Axar.az

BIR CAVAB BURAXIN